Genetik ehtiyatlar üzrə informasiya axtarış sistemi yaradılıb


Azərbaycanda ilk dəfə bitki genetik ehtiyatları üzrə informasiya məkanının formalaşdırılmasının əsasları işlənib hazırlanıb.

Həmin əsaslar üzrə yaradılan yeni tipli proqram təminatı informasiya axtarış sistemi həyata keçirilməsinə imkan verəcək.

Bu barədə AzNews.az-a Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri Afiq Məmmədov məlumat verib. O, bildirib ki, BGE-nin milli kolleksiyaları inventarlaşdırılıb, bunun əsasında Mərkəzi Məlumat Bazası yaradılıb və Milli İnformasiya Mübadiləsi Mexanizmi qurulub: "Respublikanın 10 rayonunda 200-dən çox fermer təsərrüfatından toplanmış məlumatlar əsasında müasir informasiya texnologiyalarının köməyi ilə nar bitkisinin bioekocoğrafi tədqiqi aparılıb və müəyyən edilib ki, zənginlik indekslərinin göstəriciləri yüksək müxtəlifliyin mövcudluğunu sübut edir".

Yaradılmış informasiya sistemindən səmərəli istifadənin prinsip və qaydalarının işlənib hazırlandığını da söyləyən A.Məmmədov informasiya texnologiyalarının vasitəsilə BGE üzrə milli kolleksiyaların taksonomik tərkibinin öyrənildiyini, məlumat bazasının Azərbaycan florası və regional kolleksiyalarla müqayisədə təhlil edildiyini və tövsiyələrin hazırlandığını nəzərə çatdırıb.

Ruhiyyə
AzNews.az