- Köhnə - Maraqlı
- 7 Mart 2014 16:35
- 5 453
İnternet istifadəçilərinə xəbərdarlıq

Bu barədə Mərkəzin yaydığı məlumatda deyilir.
Evlərdə və kiçik ofislərdə modemlərin təhlükəsizliyinin təmin olunması məqsədilə Mərkəz istifadəçilərə aşağıdakıları tövsiyə edir:
modem sazlamalarına daxil olduğunuz zaman daxil etdiyiniz şifrəni brauzerin yaddaşında saxlamayın; istifadə etdiyiniz veb baxış proqramlarının (veb brauzerlərin) keşini tez-tez təmizləyin; modem sazlamalarına daxil olduğunuz şifrəni dəyişin;
modem sazlamalarından DNS parametrlərinin dəyişdirilib-dəyişdirilməməsini dərhal yoxlayın; modemin veb interfeysinə girişini məhdudlaşdırın; ehtiyac olmadığı təqdirdə uzaqdan idarəetmə vasitələrini deaktiv edin; ehtiyac olduqda isə modemə kənardan daxil olan IP ünvanları məhdudlaşdırın.
Modemlərin təhlükəsizlik qaydalarına riayət etmədikdə böyük problemlərlə qarşılaşa bilərsiniz. Belə ki, marşrutizatorlarda təhlükəsizlik çatışmazlıqlarının mövcudluğu səbəbindən 2014-cü il mart ayının əvvəlində yüz minlərlə modem hücumlara məruz qalıb.
AzNews.az