- Köhnə - Maraqlı
- 19 May 2014 10:25
- 5 418
Azərbaycan Serbiyaya humanitar yardım göndərdi
Bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Serbiyaya humanitar yardım dolu təyyarə yola salınıb. FHN-in Maddi-texniki təchizat idarəsinin rəisi Amal Teymurov jurnalistlərə açıqlamasında bildirib ki, yardım Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında yola salınır.
Humanitar yardım dolu təyyarə bu gün axşam saatlarında Belqrada çatacaq və FHN-in, eləcə də Azərbaycan səfirliyinin nümayəndələrinin iştirakı ilə Serbiyanın müvafiq qurumlarına təhvil veriləcək.
Qeyd edək ki, yardımın göndərilməsi mərasimində Serbiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər.
A.Teymurovun sözlərinə görə, bu gün axşam Bosniya və Herseqovinaya da yardım yüklənmiş təyyarə yola salınacaq: "Yardıma müxtəlif texniki avadanlıqlar, müxtəlif ölçülü motorlu qayıqlar, 260 ədəd çadır, adyal, elektrik generatoru, su pompaları və s. daxildir".
AzNews.az