Azərbaycan gözəlini seçmək müşkül olub- FOTOLAR

"Miss Globe İnternational" Beynəlxalq Gözəllik Yarışmasının yerli seçim turuna sənəd qəbulu başa çatıb.

Layihənin rəhbəri Nigar Məmmədovanın AzNews.az-a verdiyi məlumata görə, iyunun 21-də Bakıda- baş tutacaq "Miss Globe İnternational" Beynəlxalq Gözəllik Azərbaycanı təmsil edəcək qızı müəyyənləşdirmək çətin olacaq. Amma buna rəğmən Nigar Məmmədova münsiflərə inanır:"Miss Globe İnternational" Beynəlxalq Gözəllik Yarışmasının yerli seçimlərindəki münsif heyyətini açıqlamaq istəmirik. Seçimlərdə itirak edən gözəllər də qonaqlarımız da münsifləri seçim günü , yəni mayın 25-i görəcəklər. Məqsədimiz Beynəlxalq yarışmanın bütün qaydalarına əməl etmək və Azərbaycanda həmişə inamsızlıqla yanaşılan gözəllik yarışmalarına inamı, marağı artırmaqdır. Düşünürəm ki, buna nail olacağıq."

Dünyanın ən böyük gözəllik yarışması – Miss Globe İnternational müsabiqəsinin final mərhələsinin Bakıda keçirilməsi "MERAC" production-nın təqdimatı və"SİGNS ART ADVENTURE" şirkətinin təşkilatçılığı ilə reallaşacaq".

İntiqam Valehoğlu
AzNews.az
image description image description image description image description image description