- Köhnə - Maraqlı
- 23 İyun 2014 10:40
- 5 447
Həkim xəbərdarlığı: “Keçi və inək südü uşaqlar üçün təhlükəlidir”
Professorun sözlərinə görə, ana südü qəbul edən uşaqların immun sisitemi digərlərinə nisbətən daha möhkəm olur, az xəstələnir: "Ana südünün tərkibində olan maddələr az allergiyalı olur və ən əsası da hər bir ananın südü digər ananın südünüdən fəqlənir, individualdır. İki ananın südü hətta müəyyən inqridiyentlərinə görə bir-birinə bənzəmir. Çünki hər ananın südü öz övladı üçündür, ananın orqanizminin xarakteri, xüsusiyyəti, immun sistemi bu süd vasitəsilə övladına ötürülür. Sadə bir misalla deyə bilərik ki, uşaq anadan olan kimi ananın sinəsinə qoyulur və onun potensiallarını qəbul edir".
S. Musayev deyib ki, uzun müddət bəziləri öz uşağını keçi, inək südü ilə qidalandırır və bunun sağlamlıq üçün önəmli bir şey olduğunu düşünür: "Bu, çox yanlış fikirdir, uşağın immun sisteminə mənfi təsir edir. Bəzi valideynlər hətta uşağına un qovurmasından sıyıq hazırlayıb yedizdirir. Bu dəhşətli dərəcədə uşağın sağlamlığına mənfi təsir edir, qan azlığı, cılızlıq yaradır, tez-tez xəstələnirlər".
Həkim bildirir ki, süni qida bazarında keyifiyyətli ilə keyfiyyətsiz məhsullar bir-birinə qarışıb: "Uşaq qidası bazarında kifayət qədər süni uşaq qidalarına rast gəlinir. Keyfiyyətlisi, keyfiyyətsizi bir-birinə qarışıb. Hamısı da bir ağızdan deyir ki, bu ana südünə yaxınlşdırılmış, adaptasiya olunmuş qidalardır. Amma bu qidaların uşağa verilməsi zərurəti yaranarsa, ana düzgün seçim etməlidir. Yəni uşağın allergiyalı olması, mədə-bağırsaq sisteminin vəziyyəti, nevroloji durumu nəzərə alınmalıdır".
Professor təəssüflə bildirir ki, indiki analarımız ana südünü artırmaq əvəzinə asan yola qaçır, yarana biləcək fəsadlar haqqında düşünmürlər: "Bu qidaların yaratdığı fəsadlardan bir də piylənmədir. Süni qidaların qəbulu zamanı bəzən uşaq olduğu aydan çox kilo alır və sonradan bu ciddi fəsadlara yol açır. Bir daha bildirirəm ki, süni qida hansı tərkibdə, hansı ölkənin istehsalı olmasına baxamayarq ana südünü əvəz etmir".
AzNews.az