- Köhnə - Maraqlı
- 10 Oktyabr 2014 11:14
- 5 471
Gələcəkdən xəbər var
Bundan 400 il əvvəl cənubi Fransada yaşayan və xüsusi ilə də son dövrlərdə böyük şan-şöhrət qazanan Nostredeym, daha çox tanınan adı ilə desək, Nostradamus öngörücülüyü ilə 3797-ci ilə qədər bəzi proqnozlar verib.
AzNews.az həmin proqnozların bəzilərini təqdim edir:
- 12 imamdan biri olan və qeybə çəkilən imam Mehdi 2016-2020-ci illər arasında Asiyada zühr edəcək.Və onun gəlişi ilə dünya "Qızıl dövrə" girəcək.
- 2020-ci ildə atom bombasının üstünlük təşkil etdiyi müharibədə Romada daş üzərində daş qalmayacaq.
- 2025-ci ilə qədər dünya oxu dəyişəcək.Bu hadisə yalnız zəlzələlər səbəbindən deyil, həm də püskürən vulkanlar və digər təbiət hadisələri səbəbiylə baş verəcək.
- 2050-ci ilə qədər Almaniyanın birləşməsindən başlayaraq 57 il müddətində dünyada sülh olacaq. Və həmin ilə qədər bütün dünya Nostradamusu böyük öngörücü kimi tanıyacaq.
- 2076-cı ildə Avropa ilə Asiya, Afrika ölkələri arasında 4-cü dünya müharibəsi olacaq. Müharibə 25 il davam edəcək və dünya xarabalığa çevriləcək.
- 2106-cı ildə 4-cü Dünya müharibəsi bitəcək və bununla da 1000 illik sülh dövrü başlayacaq.
-3750-ci ildə yeni savaşlar çıxacaq və o gündən etibarən dünyada görülməmiş vəhşiliklər olacaq.
- 3797-ci ildə son gün gəlib çatacaq.Yer ilə göy birləşəcək. İnsanlar ölümsüz olacaq.
- Cox tanınmış bir Rok müğənnisi təyyarə qəzasında öləcək.
- Los Angeles və San Fransiskoda böyük bir zəlzələ olacaq.
- Şimali İtaliya, London və İngiltərənin böyük bir hissəsi böyük zəlzələlərlə məhv olacaq. Britaniya adasının bir qismi sular altında qalacaq.
- 400 ildən sonra fəzada çox nadir hallarda dövr edən kometlər adi gözlə görülə biləcək hala gələcək.
- Böyük Britaniya kraliçası Şahzadə Diana yüzlərlə şahidin qarşısında görünəcək.
Bu da Nostradamusun proqnozundan baş vermiş hadisələr:
- 1917-ci il inqilabı və SSRİ-nin qurulması."Siz döyüşdən sonra o ölkənin qüdrətinə baxarsınız. Və o ölkəyə elə bir lider başçılıq edəcək ki, onun gücü-qüvvəti dağları dənizləri aşacaq", - dediyində Stalini nəzərdə tutmuşdu.
- Çernobılda nüvə partlayışı : "Bir partlayış görürəm. Bir alov yüksələcək. Şərqin bir hissəsində qışqırıqlar eşidirəm. Ölülər. Səs-küy. Oranı atəş səsləri və aclıq gözləyir. Hər kəs öləcək."
Nərmin Məmmədli
AzNews.az