Rus tennisçisi Mariya Şaparova xərçəng xəstəsi olan 10 yaşlı Sanni Loqana sürpriz bəxş edib. Rus tennisçisi Mariya Şaparova xərçəng xəstəsi olan 10 yaşlı Sanni Loqana sürpriz bəxş edib.

Şarapovadan 10 yaşlı xəstə uşağa sürpriz

Rus tennisçisi Mariya Şaparova xərçəng xəstəsi olan 10 yaşlı Sanni Loqana sürpriz bəxş edib.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı "USA Today" saytı yayıb.
Şarapova tennis həvəskarı olan bu uşaqla bir gün vaxt keçirib, onunla dərdləşib və kortda tennis oynayıb.

"Biz Mariya ilə bütün günü bir yerdə olduq. Ancaq onun korta gələcəyini bilmirdim. O, mənə sürpriz etdi. Mən topa bir-iki zərbə vurdum, çevriləndə Mariyanı gördüm və bir anlıq yerimdə dondum. Həmin an nə edəcəyimi bilmədim"
, - deyə gənc tennisçi bildirib.

Sanni Loqan tennislə 5 yaşından məşğul olur. Onun xərçəng xəstəliyinə tutulduğu deyilir. Sanni hazırda həkimlərin məsləhətilə yenidən məşq etmək üçün Bradenton akademiyasına gəlib və jurnalistlərə tennissiz özünü güclü hesab etmədiyini bildirib.
Close menu