Türkiyədə qədim yunan mozaikaları tapıldı - FOTOLAR

Türkiyədə 2000 il əvvələ aid olan qədim yunan mozaikaları aşkar edilib.



AzNews.az xəbər verir ki, Türkiyənin Zeuqma şəhərində yaxşı vəziyyətdə qalan qədim Roma və Yunanıstan incəsənətinə aid nümunələr tapılıb. Bu əsərlərin yer altında 2 min ildən artıq qaldığı deyilir.

Ankara universitetinin professoru Qutalmış Görkay bu yerə hələ 2000-ci ildə diqqət yetirib. O zaman bəndin tikintisi ilə əlaqədar bu yerlərdə daşqın təhlükəsi yaranmışdı. Professor isə hisslərində yanılmayıb. Arxeoloqlar qazıntılara başlayanda mükəmməl qədim şüşə mozaikalar aşkar ediblər.



Bu mozaikanın 2 mindən çox yaşı var. Lakin onun hələ də çox yaxşı vəziyyətdə olduğu bildirilir.



Onun üzərində qədim Yunanıstan mifologiyasına aid allahların şəkilləri əks edilib. Yəqin ki, bu mozaika varlı bir insanın evini bəzəyib.



Varlı insanlar incəsənət nümunələri seçərkən öz maraqlarına uyğun seçimlər ediblər. Bu seçimlərdə qonaqlara hansısa təsiri bağışlamaq məqsədi də az rol oynamayıb. Məsələn, incəsənət və ədəbiyyat həvəskarları adətən üç ilham pərisi rəsmini seçiblər.



Şəhərin su altında qalma təhlükəsi olduğundan qazıntılar qısa zaman kəsiyində aşkar edilib.



Daha bir möcüzəvi mozaikanın bərpadan sonrakı vəziyyəti.



Min il əvvəl bu şəhər Yunanıstana məxsus olub və Seleutsiya adlanıb.



Şəhər müasir adını e.ə 64-cü ildə Roma müdaxiləsi zamanı alıb.



Romalılar 300 ildən artıq şəhəri idarə ediblər. Daha sonra şəhər sasanilər və farslar tərəfindən tutulub.



O zamanlar allahların rəsmləri çox məşhur olub.




Dəniz hökmdarı Poseydon bir zamanlar kiminsə evini bəzəyib.



Bu rəsmdə isə Taliya - poeziya və komediya ilahəsi təsvir olunub.



Keçmişin qalıqlarına baxmaq necə də maraqlıdır. Bir zamanlar varlıların statusunu göstərmək üçün evləri bəzəyən bu əsərlər indi əsl tapıntıdır. Bu tapıntılar bizə tariximizi daha dərindən öyrənməyə kömək edəcək.

Aydan Axundova
AzNews.az