- Köhnə - Maraqlı
- 4 Dekabr 2014 12:04
- 6 138
Çinin mumiyası da “kitayski“ çıxdı- FOTOLAR
Çində qazıntılar zamanı tapılan mumiya tabutun qapağını açan kimi oksigenlə təmasda olub və 1 saat içində tamamilə çürüyüb.
AzNews.az xəbər verir ki, 300 il boyunca qorunan mumiyanın sahibinin Çinin son imperatorluğu zamanında yaşadığı deyilir.

London Universitetinin professoru Lukas Nikes mumiya haqqında bu sözləri deyib: "Tabutu ilk açdığımız zaman mumiyanın üzü ağ rəngdə idi.

Ancaq bir müddət sonra qaralmağa başladı. Sonra tamamilə çürüdü və iyləndi.

Əslində çinlilər heç vaxt ölülərini mumiyalamır. Çox güman ki, bu mumiya çinlilər üçün mühüm birisi olub. Mumiyanın kimə məxsus olduğunu araşdıracağıq".

Qeyd edək ki, arxeoloqlar həmin bölgədə tapılan digər 2 skeleti də araşdırmağa başlayıb.
Nərmin Məmmədli
AzNews.az