Kolumbiyanın Boqota şəhərində yaşayan bir müəllimə özünə əlifbadakı bütün hərfləri ad seçib. Kolumbiyanın Boqota şəhərində yaşayan bir müəllimə özünə əlifbadakı bütün hərfləri ad seçib.

Bu qadın əlifbadakı bütün hərfləri özünə ad seçdi

Kolumbiyanın Boqota şəhərində yaşayan bir müəllimə özünə əlifbadakı bütün hərfləri ad seçib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "The Daily Mirror" nəşri yayıb.

Məlumatda deyilir ki, 36 yaşlı qadının əvvəlki adı Ledizanqa Koborq olub. O, yeni adını qoymaq üçün iki ilini sərf edib. Hazırda onun adı belə adlanır: Abcdefg Hijklmn Opqrst Uvwxyz.

3 universitetdə müəllimə işləyən və seksual geyimləri ilə seçilən qadın addəyişmənin səbəbini belə açıqlayıb: "Adımı ona görə dəyişdim ki, heç kəs mənim kim olduğumu bilməsin".

Kolumbiya Dövlət Reyestrinin rəsmisi Daniel Molano deyib ki, notarius qadına adının dəyişdirilməsinə razılıq verməsəydi, qanunu pozmuş olardı.