- Köhnə - Maraqlı
- 18 Fevral 2015 12:34
- 7 044
İsraildə IX əsrə aid xəzinə tapıldı
Yəhudi dalğıclar Aralıq dənizinin dibində böyük xəzinə aşkar ediblər.
AzNews.az verir ki, xəzinə qızıl sikkələrdən ibarət olub.
Arxeoloqlar hesab edir ki, qızıl sikkələr daha böyük sensasiyalı tapıntıların – batmış orta əsr gəmisinin müjdəçisi ola bilər.
Dalğıc klubunun 5 üzvü sikkələrin əvvəlcə stolüstü oyunun bir parçası olduğunu zənn ediblər. Onların qızıl olduğuna əmin olduqdan sonra isə mütəxəssisləri çağırıblar. Xəzinədən 2 minə yaxın sikkə çıxıb.
Xəzinədəki pullar IX-XI əsrlərə aiddir və indiki İsrail dövlətinin ərazisində hökmranlıq edən Fatimidovlar sülaləsi tərəfindən kəsilib.
Nigar
AzNews.az