- Köhnə - Maraqlı
- 13 Aprel 2015 00:03
- 5 893
Malala Yusifzainin adı asteroidə verildi
Pakistanın gənc hüquq müdafiəçisi, Nobel Sülh mükafatı laureatı Malala Yuzifzainin adı asteroidə verilib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı yayıb.Bu ad 18 yaşlı pakistanlı qıza ABŞ astronomu Emi Maynzer tərəfindən verilib. O, Yusifzaiyə belə məzmunda məktub yazıb: "Mənim elmi rəhbərim Kerri Nyucent bir faktı açıqladı ki, indiyədək verilən asteroidlərin adı böyük əməyi olan qadınlara verilməyib".
Qeyd edək ki, astronom "316201" adlı asteroidi 2010-cu ildə kəşf edib.
4 km diametri olan asteroid Yupiterlə Marsın arasındakı asteroidlərin çərgəsində yerləşir və Günəşin ətrafında fırlanır.