Van Qoqun bu əsəri 66.3 milyon dollara satıldı - FOTO

Hollandiyalı rəssam Vinsent Villem Van Qoqun “Aliskamp xiyabanı” adlı rəsm əsəri hərracda 66.3 milyon dollara satılıb.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "International Business Times" nəşri yayıb.

Məlumata görə, hərracda Klod Monenin "Su zanbağı" seriyasından olan əsər isə 54 milyon dollara satılıb.

Qeyd edək ki, hərracda Van Qoqla yanaşı Pablo Pikasso və Pyer Oqyusta Renuara kimi tanınmış rəssamların da əsərləri satışa qoyulub.

"Sothebys"in xəbərinə görə, hərracda, ümumilikdə 368 milyon dollar əldə edilib.
image description