Eramızdan əvvələ aid metaləritmə mərkəzi tapıldı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu tərəfindən Cəlilabad rayonunun Alxantəpə yaşayış məntəqəsində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl dördüncü minilliyin ikinci yarısına aid metaləritmə mərkəzi aşkar edilib.

Cəlilabad rayonunun Üçtəpə kəndinin ərazisində yerləşən abidə 4 hektar sahəni əhatə edir. 200 metr ərazidə aparılan qazıntılar zamanı aşkar olunmuş abidə buranın Cənubi Qafqazda ilk metaləritmə mərkəzi olduğunu söyləməyə əsas verir.

Qeyd edək ki, Alxantəpə abidəsində tapılan 12 qəbrin müayinəsi yaxın günlərdə rayona gələcək fransalı mütəxəssislər tərəfindən aparılacaq. Müayinə nəticəsində ərazidə yaşayan qədim insanların fiziki tiplərini, quruluşlarını və əlaqə saxladıqları yerləri müəyyənləşdirmək mümkün olacaq.

Ərazidə 2008-ci ildən bu günə kimi bir neçə dəfə arxeoloji qazıntılar aparılıb.

Elnarə Əlosmanqızı
AzNews.az