Atasının gözü qarşısında təcavüzə məruz qalan qız bu dəhşətli olayın detallarını açıqlayıb. Atasının gözü qarşısında təcavüzə məruz qalan qız bu dəhşətli olayın detallarını açıqlayıb.

Atasının gözü qarşısında təcavüzə uğradı

Atasının gözü qarşısında təcavüzə məruz qalan qız bu dəhşətli olayın detallarını açıqlayıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "gazetevatan" saytı yayıb.

O, təcavüz edilən qadınlara dəstək olmaq üçün yaşadıqlarını danışıb.

Cənubi Afrikada baş verən hadisədə 28 yaşlı Jes Ford 64 yaşlı atası ilə birlikdə itlərini gəzməyə çıxartdıqları vaxt silahlı bir qrup adam tərəfindən hücuma məruz qalıb.

Onu atası Tim Fordu ağaca bağlayıblar və boğazına bıçaq dirəyiblər. Sonra isə Jesə təcavüz ediblər.

"Daily Mirror" qəzetində yer alan xəbərə görə, Jes məhkəmədə belə bir ifadə verib: "Təcavüzkarları görəndə sadəcə pulumuzu oğurlayacaqlar, deyə düşündüm. Atamı ağaca bağladılar, təcavüzkarlardan biri onun boğazına bıçaq dirədi, digərləri isə növbə ilə mənə təcavüz etdi. Bu dəhşətin nə vaxt qurtaracağına inanmırdım. Atamın mənə "Mən buradayam Jes" dediyini eşidirdim. O kabusda mənalı gələn yeganə şey onun səsi idi".

Bundan sonra QİÇS-ə yoluxmamaq üçün dərmandan istifadə etmək məcburiyyətində qalan Jes dərmanın təsirindən həftələrlə xəstə yatıb, saçları tökülüb.

2008-ci ildə baş verən təcavüzdən 2 il sonra həkimlər ona uşağı olmayacağını deyib. Ancaq möcüzə baş verib və onun əkiz uşağı olub. Jes başına gələnləri qızı Laylaya danışacağına söz verib.

Yaşları 26 ilə 17 arasında dəyişən 5 təcavüzkar isə ömürlük həbs cəzası alıb.