- Köhnə - Maraqlı
- 6 İyun 2015 23:54
- 8 492
Azərbaycanlı jurnalistdən ukraynalıya təklif: “Gəlsin, Bakıda bizdə qalsın”
“Kiyevdəyəm. Açığı burda I Avropa Oyunlarına Bakıya nisbətən daha çox maraq göstərirlər”.
AzNews.az xəbər verir ki, bu sözləri "Qafqazinfo" saytının başqanı, jurnalist Elbrus Ərud özünün Facebook səhifəsində yazıb.
"Dünən imtahanda müəllimə dedi ki, atam I Avropa Oyunlarına bilet alıb, amma hələ Bakıda sərfəli otel tapa bilmir. Özümü saxlaya bilmədim və dedim ki, gəlsin, bizim evdə qalsın", - deyə Elbrus Ərud bildirib.
Jurnalist daha sonra bunları qeyd edib: "İdman jurnalisti olan tələbə yoldaşım isə akkreditasiyadan keçdiyini deyərək sevincindən atılıb düşürdü. Mən bunlara nə deyəcəyimi bilmirdim. Deyəsən, doğrudan ciddi məsələdir".