- Köhnə - Maraqlı
- 11 İyun 2015 21:04
- 7 152
Putin bu qıza general rütbəsi verdi
Rusiya prezidenti Vladimir Putin Krım vilayətinin prokuroru Natalya Poklonskayaya III dərəcəli ədliyyə müşaviri rütbəsi verib.
Rusiya KİV-lərinin yazdığına görə, bu barədə Krım Vilayət Prokurorluğunun rəsmi saytında xəbər verilib.
Prokurora verilən bu rütbə general-mayor rütbəsinə uyğundur. Poklonskaya bundan əvvəl baş ədliyyə məsləhətçisi (polkovnik rütbəsinə uyğundur) idi.
Qeyd edək ki, Poklonskaya keçən ilin martında Krımın prokuroru təyin edilib. (Musavat)