“Facebook Messenger” istifadəçilərinin sayı açıqlandı

Hazırda “Facebook” şirkətinin “Messenger” mobil tətbiqinin aylıq istifadəçilərinin sayı 700 milyona çatıb.


AzNews.az baku2015.com-a istinadən xəbər verir ki, bu haqda investorlarla illik görüş zamanı şirkətin baş direktoru Mark Zukerberq məlumat verib.

"Mobil tətbiqin sosial şəbəkədən ayrılmasından 7 ay ötüb. Bu müddət ərzində xidmətin auditoriyası 200 milyon artıb. Cari il martın sonunda bu göstərici 600 milyon təşkil edib", - deyə Facebook-un sahibi əlavə edib.