Mişel Obama isə həyat yoldaşına vaxtından əvvəl səs verib Mişel Obama isə həyat yoldaşına vaxtından əvvəl səs verib

Obama pizza daşıdı - FOTO

Mişel Obama isə həyat yoldaşına vaxtından əvvəl səs verib



ABŞ prezidenti Barak Obama seçicilərinə təkcə ölkəni idarə etməyi yox, həm də pizzanı necə daşımağın lazım olduğunu bildiyini nümayiş etdirmək qərarına gəlib. Anspress-in məlumatına görə, Barak Obamanın əlindən pizza almaq hamıya yox, seçki qərargahının fəallarına qismət olub.

Barak Obama tərəfdarlarını qidalandırarkən həyat yoldaşı vaxtından əvvəl səs verib. Mişel Obama Twitter səhifəsində bu barədə yazıb. O, bunu isbatlayan foto da yerləşdirib və amerikalıları vaxtından əvvəl səs verməyə səsləyib.

Qeyd edək ki, fəaliyyətdə olan prezident də noyabr seçkilərini gözləmək niyyətində deyil. O, oktyabrın 25-də səsvermə hüququndan istifadə edəcək.

AzNews.az
image description