- Köhnə - Maraqlı
- 17 İyun 2015 13:04
- 5 795
Eynşteynin məktubu 62 min 500 dollara satıldı
Dahi fizik Albert Eynşteynin 1945-ci ildə nisbilik nəzəriyyəsi və atom bombaları arasındakı əlaqənin izahına həsr olunan məktubu ABŞ-ın Los-Anceles şəhərində keçirilən hərracda 62 min 500 dollara satılıb.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Eynşteyn tərəfindən qələmə alınan 27 məktub üçün "Profiles in History" hərrac evində satış təşkil edilib.
Hərraca çıxarılan 27 məktub, ümumilikdə, 420 min dollardan çox gəlir gətirib. Ən baha qiymətə satılan məktub isə Eynşteynin oğullarından birinə yazdığı məktub olub.
Yəhudi əsilli A.Eynşteyn 1879-cu il martın 14-də Almaniyanın Ulm şəhərində anadan olub. İyirminci yüzillikdə fizika elminə nəzəriyyələri ilə töhfələr verən dahi fizik 1921-ci ildə Nobel mükafatına layiq görülüb.