“Bakının pivəsini çox bəyəndik“

"Bakı 2015" ilk Avropa Oyunlarını işıqlandırmaq üçün Bakıya səfər edən xarici jurnalistlər buradakı pivədən çox razı qalıblar.

Aznews.az milli.az-a istinadən xəbər verir ki, Xorvatiyadan ölkəmizə təşrif buyuran jurnalist Marko Uzelak və Tomas Crncec bildiriblər ki, Bakının memarlıq cəhətdən gözəlliyi ilə yanaşı, onları razı salan başqa bir şey də olub - Bakının pivəsi.

Tomas deyir ki, Bakıya gəldiyi ilk gün şəhərdəki kafelərdən birində oturub və 6-7 parç yerli pivə içib.

"Pivə çox xoşuma gəldi. Bu qədər içməyimə baxmayaraq, səhəri gün baş ağrısı da olmadı. İndi hər axşam işdən sonra Bakı pivəsi içirik".