- Köhnə - Maraqlı
- 3 İyul 2015 15:15
- 4 861
“Kliçko mənzil vermək əvəzinə mənimlə selfi çəkdirdi“ - Güləşçi

Kiyevin meri Vitali Kliçko Bakıda keçirilən birinci Avropa Oyunlarının gümüş mükafatçısı, yunan-Roma güləşçisi Jan Belenyukun yeni mənzillə təmin olunmasına kömək etmək əvəzinə idmançıya onunla selfi çəkdirməyi təklif edib.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, İdmançı bu barədə öz İnstagram səhifəsində yazıb.
J.Belenyuk Kiyevin meri ilə fotoşəklinin altında bu sözləri yazıb: "Yaraşıqlı merimiz ilə. O, mənzil əvəzinə mənə selfi çəkdirməyi təklif etdi. Sözsüz ki, razılaşdım".