Rusiyalı milyarder Roman Abramoviçin Şotlandiyada Arran adasının Loxranza kəndində gəzməsi xoşagəlməz insidentlə nəticələnib. Rusiyalı milyarder Roman Abramoviçin Şotlandiyada Arran adasının Loxranza kəndində gəzməsi xoşagəlməz insidentlə nəticələnib.

Abramoviçə görə selfi çəkmək istədi və ...

Rusiyalı milyarder Roman Abramoviçin Şotlandiyada Arran adasının Loxranza kəndində gəzməsi xoşagəlməz insidentlə nəticələnib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Britaniyanın "The Times" nəşri yayıb.

Məlumata görə, yerli sakin dünyanın ən varlı insanlarından birini görən kimi şoka düşüb və onun fonunda selfi çəkdirmək qərarına gəlib. O, bunun üçün yelləncəyə dırmaşıb, ancaq onun bu arzusu həyata keçməyib və yıxılaraq belindən ciddi zədə alıb.

Bu olayı görən Abramoviç təcili 2 həkimi onun yanına çağırıb. Həkimlər xəsarət alan şəxsə süni nəfəs veriblər və boynuna korset bağlayıblar.

Bir az keçdikdən sonra isə təcili yardım maşını naməlum şəxsi xəstəxanaya aparıb.

Qeyd edək ki, Abramoviç Londonun "Çelsi" futbol klubunu aldıqdan sonra Böyük Britaniyada daha da məşhurlaşıb. Hazırda onun 7.29 milyard funt sterlinq varidatı var.