Texnologiya nəhəngi Google fəaliyyətlərini yeni şirkətdə toplayacaq. Texnologiya nəhəngi Google fəaliyyətlərini yeni şirkətdə toplayacaq.

Google-dan yeni şirkət - “Alphabet”

Texnologiya nəhəngi Google fəaliyyətlərini yeni şirkətdə toplayacaq.


AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Alphabet" (Əlifba) adıyla yaradılan şirkət https://abc.xyz internet səhifəsindən fəaliyyət göstərəcək.

Google-un yüksək idarəçisi və qurucularından biri olan Larry Page "Alphabet"də yüksək idarəçi olduğunu bildirib.

Onun sözlərinə görə, Google-un digər qurucusu Sergey Brin şirkətin başçısı olacaq. Google-un idərəçisi Sundar Pichai isə axtarış, internet reklamçılığı və YouTube video servisinin daxil olduğu Google-un əsas fəaliyyət sahələrindən məsuliyyətli olacaq.

Larry Page bu yeni dəyişikliklərlə şirkətin işləmə qabiliyyətinin daha yaxşı vəziyyətə gətiriləcəyini bildirib: "Bu yeni struktur dəyişiklikləri bir-biriylə çox da əlaqəli olmayan sahələri bir-birindən asılı olmadan idarə etməyə imkan verəcək".

"Alphabet" şirkətində əlifbanın hər bir hərfini təmsil edən şirkətlər yer alacaq. Məsələn, şirkətdə G hərfi Google-u təmsil edir. Calico, Fiber, X, Life Sciences, Nest "Alphabet"ə daxil olan digər şirkətlərdir.

Google bu şirkətlər içərisində axtarış, xəritələr, Youtube, Android, reklamlar və tətbiqetmələrdən məsuliyyətli şirkət olacaq.

Qeyd edək ki, Google keçən il 14 milyard dollardan daha çox gəlir əldə etdiyini açıqlayıb.

Aydan Axundova