- Köhnə - Maraqlı
- 12 Avqust 2015 14:50
- 14 814
Nefertitinin gizli məzarı tapıldı - Tutanhamonun türbəsi
ABŞ-ın Arizona universitetindən olan arxeoloq Nikolas Rivz Qədim Misir çariçası Nefertitanın harada dəfn edildiyinə dair ehtimal irəli sürüb.
AzNews.az BBC-yə istinadən xəbər verir ki,arxeoloq e.ə XIV əsrdə yaşamış Misir çariçası Nefertitinin Misir fironu Tutanhamonun türbəsində gizli yerdə dəfn edilə biləcəyini güman edir.

"Əgər mən haqlı olsam, perspektivlər möhtəşəm olacaq. Dünya ən azı misirşünaslar üçün daha maraqlı yer olacaq", -deyə Nikolas bildirib.
Rivz türbənin böyük ölçülü şəkillərini təhlil edərkən belə bir qənaətə gəlib.
Arxeoloq hesab edir ki, Tutanhamonun türbəsinin divarlarından birində gizlədilən qapı oyuqları Nefertitinin dəfn edildiyi gizli yerə aparır.

Rivz ehtimal edir ki, Tutanhamonun türbəsinin digər Misir fironlarının türbəsinə nisbətən daha kiçik olması türbənin ilkin olaraq Nefertitit üçün nəzərdə tutulduğunu göstərir.
Xatırladaq ki, Nefertitinin dəfn olunduğu yer hələ də tapılmayıb. Nefertiti Qədim Misir fironu Exnatonun "əsas həyat yoldaşı"dır.

Bəzi ehtimalara görə, Nefertiti firon Tutanhamonun anasıdır.

"Çarların vadisi"ndə yerləşən Tutanhamonun türbəsi qədim oğrular tərəfindən demək olar ki, toxunulmaması və bu günə qədər qorunub saxlanılması ilə məşhurdur.

Türbə 1922-ci ildə tapılıb. Bundan sonra arxeoloqlar təxminən 2 min tarixi artefaktı təhlil etmək imkanı əldə ediblər.
Aydan Axundova