Deputat Elton Məmmədovun oğlunun avtomobilinin ödənilməyən cəriməsi varmış Deputat Elton Məmmədovun oğlunun avtomobilinin ödənilməyən cəriməsi varmış

Aynar Məmmədovun maşını cərimə meydançasına aparıldı - FOTOLAR

Deputat Elton Məmmədovun oğlunun avtomobilinin ödənilməyən cəriməsi varmış



Bir neçə gündür ki, Bakıda bahalı maşınlara qarşı ciddi reydlər başlayıb. Lüks avtomobillər Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən saxlanılır. Qayda pozuntularının qeydə alındığı avtomobillər cərimə meydançalarına aparılır.

Bahalı maşınlara qarşı başladılan reydlərin səbəbi dəqiq bilinməsə də görünən budur ki, DYP əməkdaşları yoxlama tapşırığını lap "yuxarıdan" alıblar. Çünki adi vaxtlarda DYP əməkdaşları lüks, bahalı nömrəli maşınları saxlamırlar və ya saxlaya bilmirlər. Çünki yol polisləri bu maşınların kimlərə məxsus olduğunu bilirlər.

Sentyabrın 13-də paytaxt Bakıda keçirilən reydlər zamanı xeyli sayda bahalı maşın saxlanılıb və cərimə meydançasına aparılıb.



Reyd zamanı hadisə yerində olan avtosfer.az saytının əməkdaşının qeydlərinə görə, avtomobilin səsgücləndirici qurğusuna müdaxilə edən, ödənilməmiş cəriməsi olan, plyonkadan istifadə edən sürücülər saxlanılaraq məsuliyyətə cəlb olunub. Saxlanılan maşınlar arasında 10 TT 200 dövlət nömrə nişanlı "Maserati" avtomobili də olub.



"Yeni Müsavat" qəzetinin əldə etdiyi məlumata görə, bu maşın nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsusdur.
Aynar Məmmədov ilk dəfə deyil ki, bu avtomobillə gündəmə gəlir. Ötən il Aynar Məmmədovun lüks avtomobil kolleksiyası barədə mətbuatda geniş yazılar dərc edilmişdi. Deputat oğlu lüks avtomobilləri, dəbdəbəli həyat tərzi haqda öz instagram səhifəsində məlumatlar, fotolar paylaşmışdı. Mətbuatda tənqidi yazılar dərc edildikdən sonra deputat oğlu səhifəsini bağlamaq məcburiyyətində qalmışdı.