Ukraynanın Sumı vilayətində azərbaycanlı biznesmen soya bitkisinin emalı ilə məşğul olacaq zavodun tikintisinə 50 milyon vəsait yatıracaq. Ukraynanın Sumı vilayətində azərbaycanlı biznesmen soya bitkisinin emalı ilə məşğul olacaq zavodun tikintisinə 50 milyon vəsait yatıracaq.

Fəxri konsulumuz zavod tikir - 50 milyon dollara

Ukraynanın Sumı vilayətində azərbaycanlı biznesmen soya bitkisinin emalı ilə məşğul olacaq zavodun tikintisinə 50 milyon vəsait yatıracaq.


Sumı vilayətinin administrasiya rəhbəri Nikolay Klyuçko azərbaycanlı investorla razılıq əldə edib.

Romensk rayonu ərazisində tikiləcək zavod 220-250 min ton soya emal edəcək. Zavoda yatırılacaq investisiyaların həcmi isə 22 milyon dollar olacaq. Soya emalı zavodunda 200 iş yerinin açılması nəzərdə tutulur.

Bundan başqa, vilayətin Belopol rayonu ərazisindəki Veliko-Jovtnev şəkər zavodunun bazasında alternativ yanacaq – bietanol istehsal edəcək müəssisə işə başlayacaq. Nikolay Klyuçko 2016-cı ilin 1-ci yarısında işə başlayacaq müəssisəyə azərbaycanlı investor tərəfindən 30 milyon dollar sərmayə yatırıldığını deyib.

Xatırladaq ki, Jovtnev şəkər zavodunun sahibləri Gennadi Volski və Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanovdur. Hazırda Gennadi Volskiyə məxsus olan səhmlər bundan əvvəl azərbaycanlı iş adamı Vasif Tağıyevin olub.

Vasif Tağıyev Əfqan Salmanovla birlikdə "Uk.Az-Drujba" ASC-nin təsisçiləri olublar.

Modern.az