Şert Nebti Misr şahzadəsi olub Şert Nebti Misr şahzadəsi olub

4500 il əvvəl yaşayan şahzadənin məzarı tapıldı

Şert Nebti Misr şahzadəsi olub



4500 il bundan əvvəl yaşayan Misir şahzadəsinin məzarı tapılıb. "France Presse" agentliyinin məlumatına görə, bu barədə misirli nazir Məhəmməd İbrahim bildirib.

Nazirin sözlərinə görə, şahzadə Şert Nebtinin məzarı Əbu-Sir regionunda aşkar edilib. Məzar üzərində yazılar olan 4 qatdan ibarətdir. Yazılarda şahzadə xanımın adı və titulları barədə məlumatlar var.

Misirdə aparılan qazıntı işlərini çexiyalı arxeoloqlar həyata keçiriblər. Onlar həmçinin 4 başqa məzara aparan dəhliz də aşkarlayıblar.

Elnarə Əlosmanqızı
AzNews.az