Ölən məşhurlar ətrafında yaranan qalmaqallar həmişə maraq doğurub. Ölən məşhurlar ətrafında yaranan qalmaqallar həmişə maraq doğurub.

Məşhurlar ətrafında ölməz qalmaqallar - Fotolar

Ölən məşhurlar ətrafında yaranan qalmaqallar həmişə maraq doğurub.

AzNews.az yaxınları və yə ictimaiyyət tərəfindən ölümündən sonra da rahat buraxılmayan məşhurları təqdim edir.

Janna Friske

Son zamanlarda yaranan xoşagəlməz hadisələrdən biri də Rusiyanın məşhur müğənnisi Janna Friske ilə bağlıdır. 2015-ci ili iyununda beynindəki xərçəngdən vəfat edən müğənninin müalicəsi üçün toplanan pulun hara getdiyi çoxları üçün maraq obyekti olub. Dövlət Dumasının deputatları "Birinci kanal" və "Rusiya yardım Fondu"nun ("Rusfond") köməkliyi ilə toplanan 69 milyon rublun harada olmasını araşdırmaq qərarına gəliblər.



Məlum olub ki, yığılan məbləğin bir hissəsi həqiqətən də müğənninin müalicəsinə sərf olunub. Toplanan pulun bir qismi ankoloji xəstəlikdən əziyyət çəkən digər xəstələrə dəstək üçün ayrılıb. Qalan 25 milyon rublsa müğənninin qohumlarına çatıb. Məhz elə pulun Jannanın yaxınlarına verilməsi də araşdırmala səbəb olub.

Millət vəkili Vadim Solovyov bildirib ki, "Rusiya yardım fondu"na ilk müraciət ötən ilin payızında edilib. Lakin o zaman müğənninin yaxınları mirasa qoşulmadıqları üçün müraciətə cavab verilməyib.



"Daha sonra pulun hara getdiyi ilə bağlı heç bir hesabat yoxdur. "Rusfond"dan pulun nəyə sərf olunması və qohumların xərcləmələrə dair hesabet təqdim edib-etməməsi barədə bizi məlumatlandırmasını xahiş edirik. Bu pullar bütün dünya tərəfindən toplanırdı. Bu məsələdə tam şəffaflıq olmalıdır", -deyə parlamentari izah edib.

Deputat onu da əlavə edib ki, qohumlar hesabat təqdim edə bilməsələr, Baş prokurorluğa onlar barədə ərizə ünvanlanacaq. "İtən pullarla" bağlı məsələnin aydınlıq tapacağı istisna olunmur. KİV-lərin son məlumatına görə, müğəninin qohumları mətbuatla heç bir əlaqəyə girmirlər. "Rusfond" isə jurnalistlərin bu məsələyə şərh verilməklə bağlı xahişlərinə rədd cavabı verir.


Maykl Cekson

Pop kralı Maykl Ceksonun həyatı həmişə müxtəlif növ qalmaqallarla müşahidə olunub. Bu qalmaqallar müğənninin 2009-cu ildə ölümündən sonra da sakitləşməyib. Ceksonun ailəsi mirası bölməyə imkan tapmamış, dünyanın ayrı-ayrı yerlərindən onların üzərinə məhkəmə iddiaları yağmağa başlayıb. İddia müəlliflərinin əksəriyyəti nə zamansa- uzaq keçmişlərdə, hələ uşaq olarkən Maykl tərəfindən başdan çıxarıldıqlarını və indi mənəvi zərərə görə pul almaq istədiklərini bildiriblər. İddialardan biri də 33 yaşlı rəqqas Ueyd Robsona məxsusdur. Uzun illər ərzində Ceksonla sıx əməkdaşlıq edən rəqqas ulduzla hələ 5 yaşı olarkən tanış olub.



2013-cü ildə Robson bildirib ki, balaca olanda Maykl Cekson dəfələrlə Neverlanddakı fermer təsərrüfatında təşkil olunan əyləncə gecələrində və Los-Ancelesdəki evində ona təcavüz edib.



Maraqlıdır ki, 2005-ci ildə Maykl Cekson pedofillikdə günahlandırılanda Ueyd Robson məhkəmədə onun lehinə çıxış edib. Və budur, 8 il sonra rəqqas keşmiş işəgötürəni barədə fikirlərini dəyişib.


Lyudmila Zıkina

Mirası üstündə dava düşən daha bir müğənni. Artistin uşağı yoxdur, odur ki, onun mirası uğrunda mübarizəyə bacı-qardaş uşaqları qoşulublar.



Müğənninin əmlakı sadəcə daşınmaz əmlakdan ibarət olmayıb. Buraya Zıkinanın özünün aldığı və ya ona bağışlanan geniş zinət kolleksiyaları da daxildir.



Böyük dava da elə müğənninin zinət əşyaları üstündə düşüb. Əvvəlcə kolleksiyanın bir hissəsi itib. Onun axtarışına hüquq mühafizə orqanlarının əməkdaşları qatılıblar. Qiymətli daşlar müğənninin keçmiş köməkçisi Tatyana Svinkovanın evində tapılıb. Tatyana oğurluğu boynuna almayıb. O, zinət əşyalarının müğənni tərəfindən saxlanmaq üçün ona verildiyini iddia edib.

Qiymətli daşlar geri qaytarılan kimi müğənninin yaxın qohumlarından biri - Sergey Zıkin xalasının cəvahiratını auksionda satıb. Pulu götürdükdən sonra isə Sergey itib. Sergeyin bacısı Yekaterina onu tapmağa cəhd etsə də, bacarmayıb. Bundan sonra Yekaterina məhkəməyə müraciət edib və itən qardaşından ona çatacaq 55 milyon rublluq hissəni tələb edib. Məhkəmənin hökmü qadının istəyini reallaşdırıb. Lakin, Yekaterinanın bu arzusu yalnız kağız üstündə qalıb. Belə ki, Sergey də, itən pullar da hələki tapılmayıb.


Emi Vaynhaus

Böyük Britaniyalı müğənni Emi Vaynhaus 2011-ci ildə 27 yaşında olarkən vəfat edib. Emi miras qoymayıb. Buna görə də onun bütün var-dövləti (4,2 milyon fund sterlinq) valideynlərinə keçib. Hadisələrin bu cürə cərəyan etməsinə görə heç kim mübahisə etməyib. Lakin burada da vəziyyət qalmaqalsız ötüşməyib.



Məsələ bundadır ki, Eminin atası Mitç mirasa qanuni qoşulduqdan sonra qızının əşyalarını satmaq qərarına gəlib. İctimaiyyətin xüsusi marağını müğənninin Four Rooms teleşousunun efirində satışa qoyulan geyimi cəlb edib.



Fanatların kəskin etirazına baxmayaraq Mitç geyimi satıb. Onun sözlərinə görə, satışdan əldə olunan pullar xeyriyyəçiliyə sərf edilib.

Yeri gəlmişkən, 2012-ci ildə müğənninin atası onun daha bir geyimini auksionda satmaq qərarına gəlib. 65 min dollara satışa çıxarılan həmin libası Emi Böyük Britaniyada 21-ci əsrin ən uğurlu valı seçilən Back to Black albomunun üz qabığı üçün fotosessiyada geyinib.



Auksiona az müddət qalmış naməlum şəxslər Emi Vaynhausun evini qarət ediblər. Oğurlanan mallar elə də çox olmayıb: müğənninin valideynlərinin satışından təxminən 130 min fund qazanmağı planlaşdırdığı bir neçə libas.

Valideynlərin Eminin 3 mərtəvəli evini satmaq istəməsi də ictimai qınağa səbəb olub. Belə ki, narkotik asılılıqdan əziyyət çəkənlərə köməklik edən Emi Vaynhaus adına xeyriyyəçilik fondunun nümayəndələri bu evə yerləşmək istəyiblər. Nəticədə valideynlərlə fond nümayəndərinin planları üst-üstə düşməyib.


Pol Uoker

2013-cü ilin payızında avtomobil qəzası nəticəsində vəfat edən "Forsaj" filminin ulduzu Pol Uoker bütün mirasını (25 milyon dollardan artıq) qızı Medou Reynə verib. Buna görə də, aktyorun ölümündən sonra ağır miras davaları olmayıb. Lakin bu kinoulduzun adının qalmaqal hekayələrində hallanmasına mane olmayıb.



İlk hadisə aktyorun ölüm günü baş verib. Belə ki, Los-Ancelesdən olan 18 yaşlı oğlan aktyorun qəza etdiyi "Porsche Carrera GT" avtomobilinin damını qoparıb. Gənci polis axtarmalı olub və o, əzilmiş maşının detalı ilə birlikdə tapılıb. Mətbuatda baş verən hadisə ilə bağlı iki ehtimal gündəmdə olub. Birinci ehtimala əsasən, gənc oğlan aktyorun qəza etdiyi maşının damını internetdə satmaqla pul qazanmaq istəyib. Digər varianta görə isə, oğlan Uokerin sadiq fanatı olub və maşının bir hissəsini xatirə kimi saxlamaq istəyib.

Bu hadisədən çox keçməmiş oğurluqla bağlı olan daha bir insident baş verib. Naməlum şəxs aktyorun 40 maşından ibarət kolleksiyasının saxlanıldığı qaraja daxil olub. Qarajdan 1969-cu ilin "Ford Mustang"ı və "Porsche 911 GT3 RS" də daxil olmaqla 7 avtomobil oğurlanıb. Polisin axtarışlarından sonra maşınların Uokerin yaxın dostu Riçard Teylor tərəfindən oğurlandığı məlum olub. Aktyorun qohumları oğrunu məhkəməyə verərək ya maşınları, ya da onların dəyərini qaytarmağı tələb ediblər.

Aydan Axundova