Firon Tutanhamonun maskasını qırdıqları üçün Qahirə muzeyinin 8 əməkdaşı barədə cinayət işi açılıb. Firon Tutanhamonun maskasını qırdıqları üçün Qahirə muzeyinin 8 əməkdaşı barədə cinayət işi açılıb.

Tutanhamanonun saqqalını qoparıb “kley”lədilər – Cinayət işi açıldı

Firon Tutanhamonun maskasını qırdıqları üçün Qahirə muzeyinin 8 əməkdaşı barədə cinayət işi açılıb.


AzNews.az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat verib. Belə ki, misirlilər 2014-cü ilin avqustunda Qahirə muzeyində təmir işləri apararkən "cinayət" törədiblər. Elektrik işi görən ustalar vitrindən şüşəni çıxararkən Tutanhamonun maskasını zədələyiblər. Nəticədə, maskanın saqqal olan hissəsi qopub. Muzeyin əməkdaşları baş verən hadisəni gizlətməyə çalışıblar. Bunun üçün onlar qopan hissəni epoksid yapışqanı ilə yerinə bərkitmək istəyiblər. Əldə olunan nəticə heç də ürəkaçan olmayıb. Bundan sonra əməkdaşlar saqqalı üç dəfə maskaya yapışdırıblar. Həvəskar bərpanın izləri isə sonda aşkarlanıb.

Yalnız 2015-ci ilin oktyabrında Misir və Almaniyadan professional restavratorlar çağırılıb. Maska üzərində bərpa işi 2 ay davam edib. Nəticədə epoksid yapışqanının izləri silinib, saqqal isə arı mumundan istifadə olunmaqla maskaya yapışdırılıb.

Hazırda elektriklər tarixi yadigara ciddi ziyan vurduqları üçün "cinayətkar səhlənkarlıq"da ittiham olunurlar.

Aydan AXUNDOVA