Tahir Əkbər: “Yaşamaq üçün buna əməl etməliyəm”

Tanınmış bəstəkar Tahir Əkbərin səhhəti artıq yaxşılaşıb.



Bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib. Bildirib ki, həkimlər ona yaradıcılıqla az məşğul olmağı məsləhət bilib: "Əməliyyatdan sonra evdəyəm. Müalicə də alıram. Həkimlər deyib ki, bütün günü işləmək olmaz. Yaşamağım üçün buna əməl etməliyəm".

Bəstəkarın 70 yaşı tamam olsa da yubiley mərasimi hələ də qeyd olunmamış qalıb: "70 illiyim 20 yanvara düşdüyündən biz onu keçirmədik. Hazırda həmin mərasimə hazırlaşıram. Bu mərasimin keçirilməsində Bəstəkarlar İttifaqının sədri Firəngiz xanımın əməyi var. Ona minnətdaram. Əməliyyat olunan zaman mənə dəstəyi böyük olub".

Xatırladaq ki, bir müddət öncə bəstəkarın səhhətində problem yaranıb və o, Neyrocərrahiyyə Xəstəxanasında başından əməliyyat olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az