Əbdül Mahmudbəyov şairi “küçə adamı” adlandırdı Əbdül Mahmudbəyov şairi “küçə adamı” adlandırdı

“Murad Köhnəqala cavab verməlidir” -QALMAQAL

Əbdül Mahmudbəyov şairi “küçə adamı” adlandırdı



Murad Köhnəqala efir çıxışlarının birində Azərbaycan muğam sənətini mistikaya bənzədib. Şairin bu sözündən əsəbiləşən Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov AzNews.az-a açıqlamasında M.Köhnəqalanı savadsız, səviyyəsiz adam adlandırıb:

"Mətbuatın bir Köhnəqalası var. Gələnə də daş atır, gedənə də. Son günlər efirə də yol açıb. Və dəhşətlisi budur ki, meyxana yarışması iştirakçılarından biri ilə oturub, Azərbaycan muğam sənətini ələ salır. Deyir "Avropa musiqilərinə baxın, muğamat mistikadır, dərddir, ağlaşmadır". Başa düşə bilmirəm, bu adamlar kimdir? Onların savadı, səviyyəsi yoxdur".

Ə.Mahmudbəyovun fikrincə, belələrini efirə çıxarmaqda kanal rəhbərləri məsuliyyət daşımalıdır: "Bu adamlar muğamatın elmini, fəlsəfəsini, mahiyyətini bilmirlərsə, Azərbaycanın musiqisindən, şifahi xalq yaradıcılığından xəbərsizdirsə, bu sənətə nifrət bəsləyib, orjinalla "pyonluq" edirlərsə, bunları efirə buraxmaq nə dərəcədə düzgündür? Olmaz. Sən efirə çıxıb Azərbaycanın musiqi sərvətini ələ salırsan? Muğamatda olan ritim, fəlsəfə, söz mədəniyyəti, 7 avaz bütün dünyanı heyrətə gətirir. Alim Qasımovun konsertinə baxın. Heç nəyi bəyənməyən İtaliya, Yaponiya, Almaniya, Fransa ayaq üstə durur, amma televiziya efirindən Köhnəqala məsuliyyətsiz bəyanatlar verir. Onu efirə qəsdən çağırıblar ki, muğamı təhqir etsin. Sən axı kimsən ki, belə böyük sənət haqqında mənfi fikirlər aşılayırsan? Sən xalqın, həm də bu sənətin fədailəri qarşısında cavab verməlisən".

Bahar Rüstəmli
AzNews.az