Qız Qalasında konservasiya işlərinin növbəti mərhələsinə başlanılır. Qız Qalasında konservasiya işlərinin növbəti mərhələsinə başlanılır.

Qız Qalası təmirə bağlanır

Qız Qalasında konservasiya işlərinin növbəti mərhələsinə başlanılır.




Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, YUNESKO-nun "Dünya İrs Siyahısı"na daxil olan Qız Qalasının fasadında 2009-cu ildən başlanmış tammiqyaslı bərpa və muzey konservasiya işlərinin böyük hissəsi yerinə yetirilib.

Bununla yanaşı, plana uyğun olaraq keçən ilin sonlarında abidənin daxilində başlanmış təmir-bərpa işləri bu il davam etdiriləcəkdir.
Bununla əlaqədar, yanvar ayının 22-dən etibarən abidə ziyarətçilər üçün bağlanacaqdır. Qız Qalasında bərpa və konservasiya işlərinin 2013-cü ilin sentyabr ayında tam başa çatdırılması nəzərdə tutulur.

AzNews.az