Lənkəran Dövlət Dram Teatrına ağır itki üz verib. Lənkəran Dövlət Dram Teatrına ağır itki üz verib.

Lənkəran teatrına ağır itki

Lənkəran Dövlət Dram Teatrına ağır itki üz verib.

AzNews.az xəbər verir ki, teatrın aktyoru, Əməkdar artist Təvəkkül Əliyev bu gün səhər saatlarında qəflətən dünyasını dəyişib.

Teatrın mətbuat xidmətinin rəhbəri Ağəddin Babayevin sözlərinə görə, mərhumla vida mərasimi Lənkəran teatrında keçiriləcək: “Mərasimdən sonra Təvəkkül Əliyevin cənazəsi Bakıya yola salınacaq.”

Mərhum Zabrat qəbiristanlığında dəfn olunacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az