“11B Bilik günü” adlı filmin tədqimat mərasimi keçiriləcək. “11B Bilik günü” adlı filmin tədqimat mərasimi keçiriləcək.

11-ci sinif şagirdlərinin məktəb macəraları ekranlaşdırılıb

“11B Bilik günü” adlı filmin tədqimat mərasimi keçiriləcək.

AzNews.az xəbər verir ki, mərasim 2 Fevral – Gənclər günündə baş tutacaq.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi Elnur Axundov, operatorları Vüsal Məhərrəmov, Rəşid Əliyarov, Anar İslam və Yusif Cəfərov, bəstəkarı Xəyal Xəzri, rəssam Ruhiyyə Məmmədova, filmin direktoru isə əməkdar mədəniyyət işçisi Əli Qasımovdur.

Filmdə Xalq artistləri Pərvanə Qurbanova, Məmmədəli Balayev, aktyorlar Murad Meyfəliyev, Hüseyn Cəfərov, Şəbnur Allahverdi, Akif Əliyev, Samir Bayramov və başqaları rol alıb.

90 dəqiqəlik komediya janrında olan film 11-ci sinif şagirdlərinin məktəb macəralarından bəhs edir.

AzNews.az