- Köhnə - Mədəniyyət
- 2 Fevral 2017 19:25
- 11 526
Obamanın qızı rejissor olmaq istəyir - bir saata 9 dollar qazanır
ABŞ-ın eks-prezidenti Barak Obamanın böyük qızı, 18 yaşlı Maliya böyük prodüser şirkəti olan The Weinstein Company-də təcrübə keçmək şansı qazanıb.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, istehsal şöbəsində çalışan Maliya saatına 9 dollar qazanır. Burada o, ssenarilərin seçilməsi prosesində iştirak edir.
Yaya kimi şirkətdə təcrübə keçməyi planlaşdıran Maliya uğur qazansa işə qəbul ediləcək.
Qeyd edək ki, daha əvvəl Maliya kino kareyerasını qurmaq üçün Lena Danemin "Girls" (Qızlar) serialının çəkiliş meydançasında asistent kimi çalışıb.