- Köhnə - Mədəniyyət
- 5 Fevral 2017 16:11
- 10 923
Əfsanəvi ifaçının heç yerdə eşidilməyən səs yazıları tapıldı - Zirzəmidən - Foto
Londonun şimal-qərbində Kensal Rise adlı sadə oteldə əfsanəvi reggi-ifaçı Bob Marlinin Wailers qrupu ilə birgə Avropa turnesi zamanı lentə alınan 13 səs yazısı tapılıb.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Bob Marlinin 1974–1978 London və Parisdə konsertlərinin orijinal səs yazısı aşkarlanıb. Bu səs yazılarında Bob No Woman No Cry, Jammin, Exodus kimi dünyaca məşhur hitlərini oxuyur.
Maraqlısı ondadır ki, kino lentinə yazılan bu səs yazıları 40 il zirzəmidə qalıb. Səs yazılarını tapan şəxslər nəmişlikdən korlanmış lentləri bərpa edə biliblər. Ekspertlər bərpa üçün 25 min avro pul xərcləyiblər.
Nadir səs yazılarını tapan şəxslərin sözlərinə görə, onlar ilk dəfə bu lentlərə qulaq asdıqda, çox təəccübləniblər. Onların fikrincə, səs yazıları 70-ci illərlə aid olmasına baxmayaraq, çox keyfiyyətli alınıb.
