- Köhnə - Mədəniyyət
- 22 İyun 2017 09:36
- 27 913
Xəstəxanaya yerləşdirilən Xalq artistinin həyat yoldaşı: “Həkimlər deyir ki…”
67 yaşlı Xalq artisti Qəndab Quliyevanın səhhəti ağırdır.
Bu barədə AzNews.az-a onun həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, Qəndab Quliyeva insult keçirib:
“Vəziyyəti ağırdır, hazırda reanimasiyadadır. Müayinə zamanı başqa xəstəlikləri də aşkar olunub. Həkimlər deyir ki, stresdən çıxmaq üçün iki gün yatmalıdır. İndi hər şey Allaha bağlıdır.”
İyunun 16-da Xalq artisti Qəndab Quliyevanın səhhəti ağırlaşıb. O, Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.
Bahar RÜSTƏMLİ
AzNews.az