Məşhur Hollivud aktyoru Robert Pattinson bir həftə avtoyumada maşınları təmizləyib. Məşhur Hollivud aktyoru Robert Pattinson bir həftə avtoyumada maşınları təmizləyib.

Məşhur aktyor avtoyumada çalışdı, heç kim tanımadı (Video)

Məşhur Hollivud aktyoru Robert Pattinson bir həftə avtoyumada maşınları təmizləyib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun sözlərinə görə, o, bunu yeni filmdə canlandıracağı obrazı üçün edib.

Sefdi qardaşlarının çəkdiyi "Yaxşı dövr" filminə çəkilən Pattinson obrazına böyük məsuliyyətlə yanaşır. O, bütöv bir həftəni avtoyumada çalışıb.

Maraqlısı ondadır ki, heç kim onu tanımayıb, hətta paparazzilər belə onu işləyərkən yaxalaya bilməyib.

Hətta, real insanlarla metroda ünsiyyət saxlayaraq, film üçün bir neçə epizod da çəkilib. İnsanlar onun məşhur aktyor olduğunun fərqinə varmayıblar.