Tanınmış meyxana ustası Namiq Məna sədr seçilib. Tanınmış meyxana ustası Namiq Məna sədr seçilib.

AYB-dən Namiq Mənanın sədr seçilməsi haqqında: “Biz buna neyləyə bilərik?”

Tanınmış meyxana ustası Namiq Məna sədr seçilib.

O, Azərbaycan Yazıçılar Birliyinin Qubadlı bölməsinə rəhbərlik edəcək.

Azərbaycan Yazıçılar Birliyinin rəsmisi Rauf Aslanov AzNews.az-a açıqlamasında bildirib ki, Namiq Mənanın sözü gedən vəzifəyə təyinatı hələ təsdiqini tapmayıb:

“Namiq Məna AYB-nin üzvüdür. Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının üzvləri yığışıb yeni bir qurum yaradıb. Əslində bizdə bu qurum yox idi. Sonra quruma sədr seçkisi keçirilib. Namiq Məna da sədr seçilibsə, biz buna neyləyə bilərik? AYB-də onun sədrliyi təsdiqlənməyib”.

Bahar RÜSTƏMLİ

AzNews.az