Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva onu depresiyaya salan insanın kimliyini açıqlayıb. Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva onu depresiyaya salan insanın kimliyini açıqlayıb.

Əməkdar artistdən ATV-nin sabiq rəhbərinə ağır ittiham: “Məni depresiyaya saldı...”

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva onu depresiyaya salan insanın kimliyini açıqlayıb.

AzNews.az xəbər verir ki, aktrisa səhhətinin pisləşməsində ATV telekanalının sabiq rəhbəri Vüqar Qaradağlını günahlandırıb:

“Keyfim babatdı. Artıq iki ildi ki, mənim yuxuma haram qatan, depresiyaya salan, sinir pozğunluğuna start verən səbəblər nə idi? Mənim günahım nə idi? kimi sualların cavabını tapmaq üçun deyəsən imkan yaranıb. Çünki deyilənə görə, ATV-nin keçmiş rəhbərinin qəbuluna düşmək çətin imiş, yəni özünü yormağa dəyməzmiş. Yəqin indi onun qəbuluna düşmək asan olar. Ona sual verərdim ki, axı mənim günahım nə idi? Qadağanın səbəbi nə idi? Axı mən neyləmişdim? Rəhbərliyin hansı toyuğuna, xoruzuna, fərəsinə, cücəsinə kiş demişdim?”.

Naibə Allahverdiyeva bu sənətdə 30 il əməyi olduğunu vurğulayıb:

“Məni serialdan uzaqlaşdırmaq, sonra da ümumiyyətlə tv-yə qadağa qoymaq... Mən sizin efirə dəvət etdiyiniz küçədən keçən müğənniydim? Minlərlə tamaşaçı sevgisi qazanmış, dövlət və xalq tərəfindən dəyərləndirilən aktrisa idim. Sizin üçün müqəddəs heç nə yoxmuş. Allah hidayət etsin hər kəsi. Allah heç bir bəndəsinin ahını yerdə qoymur”.

Bahar RÜSTƏMLİ

AzNews.az