- Köhnə - Mədəniyyət
- 2 Oktyabr 2017 12:01
- 14 177
Bakıda şairin barelyefi oğurlandı - Polis axtarışa başladı + Foto
Şair-dramaturq İslam Səfərlinin barelyefi oğurlanıb.
Bu barədə AzNews.az-a şairin oğlu İlham Səfərli məlumat verib. O, atasının barelyefinin oğurlanmasından oktyabrın 1-də xəbər tutduğunu vurğulayıb:
“Dünən yolum oradan düşmüşdü. Baxdım ki, lövhə yerində yoxdur. Qonşulardan soruşanda barelyefin həmin gecə oğurlandığını bildirdilər. Mənzil İstismar İdarəsinə getdim. Maraqlandım ki, bəlkə təmir filan edəcəklər. Onlar barelyefi götürmədiklərini dedilər. Bundan sonra polisə getdim,məsələ ilə bağlı məlumat verdim. Hazırda hüquq-mühafizə orqanları barelyefi oğurlayanları axtarır”.
İlham Səfərli qeyd edib ki, barelyef Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə hazırlanıb: “Ailəmiz üçün qiymətli bir əsərdir. Birincisi əsərdir. İkincisi də onun hazırlanmasına böyük maliyyə sərf edilib. Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə hazırlanıb”.

Bahar RÜSTƏMLİ
AzNews.az