Meyxanaçı atasının ölümündən danışdı - “Çox pisəm”

“Atam uzun müddətdir ki, xəstəydi”.

Bunu AzNews.az-a açıqlamasında meyxanaçı Vüqar Əbdülov deyib. Onun sözlərinə görə, mərhum atası oktyabrın 4-də dünyasını dəyişib:

“ 70 yaşında onu itirdim. Çox pisəm. Dəfn elədik. Sabah 3 mərasimidir”.

Qeyd edək ki, meyxana ifaçısı Vüqar Əbdülova ağır itki üz verib. Onun atası dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ

AzNews.az