Dünyaca məşhur akkordeon ifaçısı Richard Galliano Bakı Jazz Festivalı çərçivəsində konsert verib. Dünyaca məşhur akkordeon ifaçısı Richard Galliano Bakı Jazz Festivalı çərçivəsində konsert verib.

Dünyaca məşhur ifaçının Bakıda konsertindən maraqlı anlar (Video)

Dünyaca məşhur akkordeon ifaçısı Richard Galliano Bakı Jazz Festivalı çərçivəsində konsert verib.

AzNews.az xəbər verir ki, konsert Azərbaycan və Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təşkil edilib.

ifaçı səhnəyə çıxmazdan öncə Fransanın ölkəmizdəki səfiri Orelia Buşez konsertin ərsəyə gətirilməsində göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Konsertin birinci hissəsində Galliano solo akkordeonda Erik Satie, İ.S Bax, Yan Tyersen kimi bir-birindən kəskin fərqlənən üslublarda yaradan, müxtəlif dövrlərə aid bəstəkarların əsərlərini ifa edib. Əfsanəvi musiqiçi dostu və müəllimi hesab etdiyi argentinalı bəstəkar Astor Piazzollanın əsərlərindən də yan keçmədi. Virtuoz ifası ilə tamaşaçıları məftun etdi.

İkinci hissədə isə Gallianonu səhnədə Xalq Artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə “Sinfonietta” orkestri müşayət etdi.

Ecazkar gecənin sonunda isə tamaşaçılara surpriz bir ifa təqdim edildi. Ötən il Bakı Jazz Festivalı çərçivəsində keçirilən müsabiqədə qalib olan akkordeonçu Seymur Həsənsoy elə fanatı olduğu əfsanəvi Galliano ilə "Tango pour Claude" kompozisiyasını səsləndirdi.

Qeyd edək ki, Fransada "jazzın müqəddəs əjdahası" ləqəbi ilə tanınan ifaçı ilk dəfə idi ki, Bakıda konsert verirdi.

Fəridə Abdullayeva

AzNews.az