Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov iki gündür ki, Almaniyadadır. Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov iki gündür ki, Almaniyadadır.

Almaniyaya göndərilən Rafiq Hüseynovdan xəbər var - Xanımı danışdı

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov iki gündür ki, Almaniyadadır.

Bu barədə AzNews.az-a Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, xalq artisti Düsseldorf şəhərindəki klinikalardan birinə yerləşdirilib:

“Səhhəti ağır olaraq qalır. Heç bir dəyişiklik yoxdur. Hazırda müayinləri aparılır. Analizlərin nəticələri gələn həftənin əvvəlində açıqlanacaq”.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyaya Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə aparılıb.

Xalq artisti uzun zamandır xərçəng xəstəliyindən əziyyət çəkir. O, Türkiyədə və Azərbaycanda bir neçə dəfə əməliyyat olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az