“Fədayə heç vaxt belə bir aləmdə ola bilməz”. “Fədayə heç vaxt belə bir aləmdə ola bilməz”.

Manaf da Fədayənin həbsindən danışdı: “Şokdayam”

“Fədayə heç vaxt belə bir aləmdə ola bilməz”.

Bunu AzNews.az-a açıqlamasında müğənni Manaf Ağayev həmkarı Fədayə Laçının həbs olunmasından danışarkən deyib. Sənətçi həmkarının belə bir addım atdığına inanmadığını bildirib:

“Dünəndən şokdayam. İnanmıram… O, heç vaxt həbs olunan şəxsin qaçmasına kömək etməz. Fədayə gözəl ifaçıdır, özü də dürüst insandır. Biz onu sakit, səmimi bir qadın kimi tanıyırıq. Açığı, heç kəs inanmır ki, Fədayə həbs olunub”.

Manaf Ağayev cəmiyyəti və şou-biznes əhlini dözümlü olmağa çağırdı: “Gəlin bir az dözümlü olaq, hər şeyi zamana buraxaq”.

Bahar RÜSTƏMLİ
AzNews.az