- Köhnə - Mədəniyyət
- 2 Noyabr 2017 10:32
- 8 663
80-ci illərin əfsanəsi yenidən səhnədə VİDEO
Əfsanəvi Scorpions qrupu Rusiyanın paytaxtı Moskvada geniş konsert proqramı ilə çıxış edib.
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Olimpiya stadionunda baş tutan konsertdə 200 mindən çox insan iştirak edib.
Qeyd edək ki, 1980-ci illərin ən populyar heavy metal qruplarından olan Scorpions, "Wind of Change", "No One Like You", "Rock You Like a Hurricane", "Still Loving You", "Humanity", "Send Me an Angel" kimi mahnıları ilə adını tarixə qızıl hərflərlə yazdırıb. Albomları bütün dünyada 100 milyondan çox satan qrup dünya rok səhnəsinin ən məşhur qruplarındandır.