- Köhnə - Mədəniyyət
- 2 Noyabr 2017 12:37
- 10 049
Beyonce dünyanın ən nüfuzlu qadınları sırasında
Forbes nəşri dünyanın ən nüfuzlu qadınlarının siyahısını dərc edib.
AzNews.az xəbər verir ki, siyahıda ilk yeri Almaniya kansleri Angela Merkel tutur.
İkinci yeri bu dəfə Böyük Britaniyanın baş naziri Tereza Mey tutub. Bill Qeytsin xanımı Melinda Qeyts isə 3-cü yerdə qərarlaşıb.
Siyasətçilərlə yanaşı, şou-biznes nümayəndələri də nüfuzları ilə seçilir. Belə ki, məşhur müğənnilər Beyonce və Teylor Svift 50-ci və 85-ci yerləri tuturlar.