Türk dünyasının mədəniyyət paytaxtı bəlli oldu

Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilib.

AzNews.az xəbər verir ki, toplantıda Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Toplantıda Kastamonunun türk dünyasının mədəniyyət paytaxtına namizədliyi TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri tərəfindən dəstəklənib.