Rusiyanın teatr və kino aktyoru Leonid Sergeyeviç Bronevoy ağır xəstəlikdən sonra Moskvada 88 yaşında vəfat edib. Rusiyanın teatr və kino aktyoru Leonid Sergeyeviç Bronevoy ağır xəstəlikdən sonra Moskvada 88 yaşında vəfat edib.

SSRİ xalq artisti Leonid Bronevoy vəfat etdi

Rusiyanın teatr və kino aktyoru Leonid Sergeyeviç Bronevoy ağır xəstəlikdən sonra Moskvada 88 yaşında vəfat edib.

AzNews.az xəbər verir ki, görkəmli aktyorun ölümü barədə məlumatı “Lenkom” Moskva teatrının direktoru Mark Varşaver verib.

Leonid Bronevoy 40 filmdə çəkilib.

Ona əsl şöhrəti kinodakı üç rolu: “Baharın on yeddi anı”nda Müller, “Məhəbbət formulu”unda həkim, “Pokrov qapıları”nda Velyurov obrazları qazandırıb. Aktyor 2012-ci ildə infarkt keçirməsinə baxmayaraq, yenidən səhnəsində 1980-ci illərdən çıxış etdiyi “Lenkom” teatrına qayıtmışdı.